Çin qəsdən ticarət profisiti yaratmağa çalışmır və tezliklə idxalı genişləndirmək üçün xüsusi bir plan hazırlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Baş nazirin müavini He Lifen Haynanda keçirilən 6-cı Çin Beynəlxalq İstehlak Malları Sərgisinin açılışında bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər Çinin idxal həcmi 18,5 trilyon yuana çatacaq. Ölkə bu göstəriciyə görə ardıcıl 17-ci ildir ki, dünyada ikinci yerdədir.
Bundan əlavə, hökumət alıcılıq qabiliyyətini gücləndirmək və daxili istehlakı stimullaşdırmaq üçün şəhər və kənd sakinlərinin gəlirlərini artırmaq məqsədilə hədəflənmiş bir proqram başlatmağı planlaşdırır.