EN

İtaliyalı mütəxəssis MLS klubundan qovuldu

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

MLS təmsilçisi "Monreal" baş məşqçi Marko Donadeli istefaya göndərib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin köməkçiləri Yakopo Falanqa və Lorentso Pintsauti ilə də əməkdaşlığa son qoyulub.

Filipp Ellafrua isə müvəqqəti olaraq baş məşqçi təyin edilib.

42 yaşlı Donadel 2025-ci il martın 24-də bu postda Loran Kurtuanı əvəzləmişdi. Onun rəhbərliyi altında komanda 7 qələbə, 20 məğlubiyyət, 9 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, "Monreal" MLS-də Şərq Konfransının turnir cədvəlində sonuncu - 15-ci yerdədir. Komanda 7 oyuna 3 xal toplaya bilib.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
fanat.az

1Sources