EN

20 yaşlı “Çelsi” futbolçusu silahlı hücum zamanı həyatını itirdi

BAKI, 13 aprel. TELEQRAF

Qananın “Çelsi” klubunun hücumçusu Dominik Frimponq komandanın avtobusuna edilən silahlı hücum nəticəsində həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hadisə komandanın ölkə çempionatında “Samarteks”ə 0:1 hesabı ilə uduzduğu səfər oyunundan qayıdarkən baş verib.
Baş verən panikada dəstənin bir neçə üzvü qaçmaq üçün çarəsiz şəkildə yaxınlıqdakı kolluqlara qaçdığı bildirilir. Xaos zamanı bir neçə oyunçu xəsarət alıb, Frimponq isə başından güllə yarası alıb.

Təhlükəsizlik işçiləri itkin düşmüş oyunçular və rəsmi şəxslərin axtarışını davam etdirir. Hadisəni törədənlər isə hələlik polis tərəfindən yaxalanmayıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu cari mövsümdə 13 oyunda meydana çıxıb və 2 qol vurub.

Chosen
20
3
teleqraf.com

4Sources