Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xaçmaz, 13 aprel, AZƏRTAC
Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz-Quba yolunda qeydə alınan qəza zamanı BMW markalı minik avtomobili “VAZ 21010”la toqquşandan sonra təmir sexində duran "Priora"ya və ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Müxbir -Elxan Yusifli



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.