EN

Con Terri klub sahibi olur

“Çelsi” və İngiltərə millisinin sabiq kapitanı Con Terri klub sahibi olur.

İdmanxeber.az xəbər verir ki, “The Sun”un məlumatına görə, 44 yaşlı futbol adamı İkinci Liqa təmsilçisi “Kolçester Yunayted”in səhmlərini almağa hazırlaşan konsorsiuma qoşulub.

Terri bu layihəyə təxminən 14 milyon funt sterlinq sərmayə qoyacaq.

Qeyd edək ki, “Çelsi”nin əfsanələrindən sayılan keçmiş müdafiəçi London klubunda 700-dən çox oyun keçirib və çoxsaylı titullar qazanıb.

Chosen
20
idmanxeber.az

1Sources