EN

Macarıstanın yeni liderinin ilk xarici səfərləri bu ölkələrə olacaq

BAKI, 13 aprel. TELEQRAF

“Macarıstanın yeri Avropadadır, biz yenidən güclü Avropa müttəfiqi və NATO-nun üzvü olacağıq, Avropadakı mövqeyimizi bərpa edəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan parlament seçkilərində qalib gələn müxalif “Tisa” partiyasının sədri Peter Madyar deyib.

O əlavə edib ki, ilk xarici səfərləri Polşa və Avstriyaya olacaq.

Peter Madyar bundan sonra isə Brüsselə səfər edərək Avropa İttifaqını Macarıstanın milyardlarla avroluq dondurulmuş vəsaitlərinin geri qaytarılmasına çağıracaq.

Chosen
20
teleqraf.com

1Sources