EN

DSX Akademiyasının tələbəsi vəfat etdi

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantı Əsəd İsmayıllı vəfat edib.

AzEdu.az Unikal-a istinadən xəbər verir ki, akademiyada vəfat edən kursant 1-ci kursda təhsil alırmış.

O, Məhəmmədi qəbiristanlığında dəfn edilib.

Ə.İsmayıllı 2026-cı ildə DSX-nin Xüsusi Məktəbindən məzun olub. Daha sonra isə akademiyanın “Sərhəd qoşunları və idarəetmə” ixtisasına daxil olub.

Qeyd edək ki, bu barədə ilk məlumatı Bakıvaxtı.az saytı yayıb.


 

Chosen
7
17
azedu.az

10Sources