EN

“Dəniz”in içindəki məşhur bəlli oldu - VİDEO

“Maska” şousunun növbəti buraxılışı tamaşaçılara təqdim olunub və proqram yenə maraqlı anlarla yadda qalıb.

Musavat.com xəbər verir ki, bu dəfə səhnəyə çıxan maskalı iştirakçılar həm performansları, həm də münsiflər heyətinin fərziyyələri ilə diqqət çəkiblər.

Gecənin sonunda isə layihə ilə vidalaşan iştirakçının kimliyi açıqlanıb.

Belə ki, səsvermənin nəticələrinə əsasən, “Dəniz” maskası şounu tərk edib. Münsiflər heyəti uzun müzakirələrdən sonra müxtəlif ehtimallar səsləndirsə də, maska açıldıqda hər kəs üçün maraqlı sürpriz yaşanıb.

gunesh_mehdizade_(7).jpg

Məlum olub ki, “Dəniz” maskasının arxasında “Vətəndaş A” serialında “Almaz müəllimə” obrazı ilə geniş tamaşaçı rəğbəti qazanan aktrisa Günəş Tegin dayanır.

Onun ifası həm münsiflər, həm də izləyicilər tərəfindən maraqla qarşılanıb. Aktrisa layihədə iştirakının onun üçün fərqli təcrübə olduğunu bildirib və tamaşaçılara dəstəyə görə təşəkkür edib.

Könül
Musavat.com 

 

Chosen
25
2
musavat.com

3Sources