EN

Hesablama Palatası 2026-cı ildə qarşıda duran əsas vəzifələri AÇIQLAYIB

Ajans.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib. "Müasir dövrdə dövlət auditi rəqəmsallaşma istiqamətində sürətlə inkişaf edir. Son dövrdə ölkəmizdə rəqəmsal inkişaf, süni intellektlə bağlı strateji sənədlərin təsdiq olunması da bu sahəyə xüsusi diqqəti tələb edir. Hesablama Palatası beynəlxalq təcrübəyə uyğun olaraq bu sahədə ilkin addımlar atıb. Ötən il rəqəmsal audit sisteminin qurulmasına başlamışıq. İnformasiya sistemi qanunvericiliklə müəyyən edilən hesabatların və məlumatların mübadiləsi, emalı, verilənlərin ssenarilər əsasında təhlili vasitəsilə maliyyə nəzarətinin və büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilinin səmərəliliyini artıracaq. İlkin mərhələdə artıq bəzi işləri həyata keçirmişik. Bura aşağıdakılar aiddir: - Əsas texnoloji platformanın yaradılması; - Hökumət buludunda yerləşdirilməsi; - Hesabat və məlumatların əldə edilməsi; - Standartlaşdırılmış vahid yanaşma; - Vahid giriş sistemi və elektron imza ilə təsdiq", - sədr vurğulayıb. O, cari ildə nəzərdə tutulan işləri də sadalayıb: - Risk/analitik modulun tətbiqi (120-dən çox meyar əsasında qiymətlədnirmələrin aparılması və qurumlara nəticələrin təqdim edilməsi; - Məlumat əsaslı qərar qəbul edilməsinə yönəlmiş modelin tətbiqi; - Müxtəlif dövlət informasiya sistemlərinin məlumatlarının müvafiq sistemə inteqrasiyası (ötürülməsi) və vahid analitik mühitin yaradılması; - Əldə olunan nəticələrin audit planlaşdırması və risk qiymətləndirməsində istifadəsi.

"Daha sonrakı mərhələ isə informasiya sistemin (DAİS-in) inkişafının audit prosesinin rəqəmsal mühitdə daha effektiv təşkilinə və auditin idarə olunmasının süni intellekt əsaslı yanaşmaya keçidinə yönəlib. Məqsəd - audit prosesinin fiziki məkandan asılılığını azaltmaq, audit qrupları ilə audit olunan qurumlar arasında məlumat mübadiləsini əsasən elektron platforma üzərindən təmin etmək, audit sübutlarının sistemli şəkildə idarə olunmasını və audit prosesinin izlənilə bilən mühitdə aparılmasını təmin etməkdir", - o qeyd edib.

Chosen
10
Ajans.az

1Sources