EN

Sığorta şirkəti seçərkən mütləq buna diqqət edin, əks halda… – VACİB AÇIQLAMA

Sürücülər üçün sığorta şirkəti seçimi həm maddi təhlükəsizlik, həm də gözlənilməz hallarda rahatlıq baxımından böyük əhəmiyyət daşıyır.

Bəs düzgün seçim etmək üçün hansı məqamlara diqqət yetirilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, sığorta şirkəti seçərkən bir neçə əsas kriteriya nəzərə alınmalıdır.

DİQQƏT:

“İlk növbədə şirkətin bazarda fəaliyyət müddəti araşdırılmalıdır. Uzun illər fəaliyyət göstərən sığorta şirkətləri, adətən, daha etibarlı hesab olunur və bu da müştərilərə əlavə güvən verir.

Sığorta hadisəsi baş verdikdə şirkətin ödənişləri vaxtında və tam şəkildə həyata keçirib-keçirmədiyi xüsusi əhəmiyyət kəsb edir. Bu, müştəri məmnuniyyətinin əsas göstəricilərindən biridir. Sığorta şirkəti barədə ətraf mühitdən – tanışlardan, dostlardan və digər istifadəçilərdən rəy toplamaq da faydalıdır. Real təcrübələr əsasında formalaşan bu fikirlər seçim zamanı mühüm rol oynaya bilər”, – deyə o, vurğulayıb.

Bununla yanaşı, ekspert şirkətlərin maliyyə hesabatlarının və ictimaiyyətə açıq məlumatlarının incələnməsini də tövsiyə edir.

“Rəsmi hesabatlar və media resurslarında yayımlanan məlumatlar şirkətin etibarlılığı barədə daha dolğun təsəvvür yaradır.
Sığorta şirkəti seçərkən tələsik qərar verməsinlər, müxtəlif mənbələrdən məlumat toplayaraq müqayisəli şəkildə ən uyğun variantı müəyyənləşdirsinlər”.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
22
konkret.az

1Sources