EN

“İmişli”dən stadionla bağlı AÇIQLAMA

Ev oyunlarını Quba şəhər stadionunda keçirən “İmişli” klubu arenanın cırılmış qapı torunu yeniləmək əvəzinə torun cırılmış hissələrini iplərlə bir-birinə bağlamaqla problemi aradan qaldırmağa çalışıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Premyer Liqa klububun ev oyunlarını keçirdiyi stadiona belə yanaşması müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı klubun mətbuat xidmətindən İdmanxeber.az saytına açıqlama verilib:

“Bildiririk ki, digər klublardan fərqli olaraq, “İmişli”  klubu Quba stadionunun icarə haqqını müqavilə şərtlərinə uyğun şəkildə vaxtında ödəyir.

Eyni zamanda qeyd etmək istərdik ki, mövcud müqaviləyə əsasən, stadionda aparılan bütün təmir və yaxşılaşdırma işləri icarədarın məsuliyyətinə daxildir. Bu çərçivədə, meydançanın Premyer Liqa tələblərinə uyğun vəziyyətə gətirilməsi də birbaşa icarədarın öhdəliyidir”.

Chosen
26
idmanxeber.az

1Sources