EN

Magyar millətçidir və “yüngül Orban”dır

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Macarıstanın deorbanizasiyası AB daxilindəki millətçi hərəkatın taleyi baxımından maraqlı bir ssenaridir. Peter Magyar heç də AB tərəfdaşı deyil, ümumiyyətlə, kifayət qədər yumşaq millətçidir, Macarıstan baş nazirinin öyrəşdiyimiz xüsusiyyətlərindən məhrum olan “yüngül Orban”dır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“Təxminən bir il sonra Magyar ilə Ursula fon der Leyen arasında qarşıdurmanın baş verəcəyini asanlıqla təsəvvür edə bilirəm. Seçkiqabağı araşdırmalara əsasən, macarlar AB-nin lehinə və ya Rusiyaya qarşı səs verməyiblər, əksinə, ölkədə nəzərəçarpacaq dərəcədə aşağı düşmüş həyat səviyyəsinin yaxşılaşdırılmasına səs veriblər - Macarıstanda yaşamaq bahalaşıb. Beləliklə, vəziyyəti yalnız Macarıstan xalqının xarici siyasət seçimi ilə məhdudlaşdırmazdım, bu aspekt həm mediada, həm də sosial mediada nəzərə çarpır, amma əslində yerli seçiciləri ikinci və ya üçüncü yerdə maraqlandırır”, - o bildirib.

Qeyd edək ki, Macarıstanda 12 apreldə baş tutan parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın koalisiyası uduzub və müxalif Peter Magyarın rəhbərlik etdiyi Tisa Partiyası qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
axar.az

1Sources