EN

“Neftçi” transfer siyasətini dəyişdi - Rəhbərlikdən YENİ QƏRAR!

«Neftçi» rəhbərliyi seleksiya işində yenilik etməyə qərar verib.

Bu barədə saytımıza klubdan bildirilib.

Redaksiyamıza daxil olan informasiyaya görə, transfer komitəsinin yaradılması nəzərdə tuiulub. Ora bir neçə təcrübəli skautun cəlb edilməsi lazım bilinib.

Komitə baş məşqçi ilə əlaqəli fəaliyyət göstərəcək.Onlar yay transfer çalışmalarıyla bağlı Yuri Vernidubla gündəlik çalışacaq.

Ukraynalı mütəxəssis komitə üzvlərinə istədiyi mövqelər üzrə siyahı təqdim edəcək, əvəzində namizədlərin adları ilə tanış olacaq.

Ayrı-ayrı menecerlər də bundan belə Verniduba zəng vurmayacaq, xidmətini təklif elədiyi futbolçuların sv-lərini transfer komitəsinə göndərəcək.

Kimlər bəyəniləcək, kimlər bəyənilməyəcək - yekun qərar yenə baş məşqçidə olacaq.

Eyni zamanda, komitənin nümayəndələri gələcək hər bir oyunçu barədə raport verəcək.

SPORTİNFO.AZ

Chosen
30
sportinfo.az

1Sources