Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Cəlilabad rayonunun Alar kənd sakinləri son vaxtlar ciddi su problemi ilə üzləşiblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, kənd ərazisindən keçən İncəçaya suyun müntəzəm buraxılmaması əhalinin həm əkinçilik, həm də maldarlıq fəaliyyətinə mənfi təsir göstərir.
Sakinlər qeyd ediblər ki, çaya gələn suyun qarşısı tez-tez kəsilir və kanal vasitəsilə başqa istiqamətlərə yönləndirilir. Nəticədə kənd ərazisində su qıtlığı yaranır. Halbuki İncəçay kənd ətrafındakı əkin sahələrinin suvarılmasında, eləcə də mal-qaranın su ilə təmin olunmasında mühüm rol oynayır.
Onlar problemin hər il məhz bu ərəfədə yaşandığını da vurğulayıblar.
Problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Dilqəm Şərifov bildirib ki, qeyd olunan əraziyə suyun verilişi növbə prinsipinə əsaslanır:
"Hazırda İncəçaya su verilir. Həm də eyni kanala suyun mütəmadi verilməsi mümkün deyil. Suvarma işləri növbə prinsipi ilə aparılır".
Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.