EN

Madyar Putinə mesaj yolladı: Görüşəcəyik

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Macarıstanda seçkini qazanan “Tisza” partiyasının lideri Madyar, iqtidarda kim olursa olsun Rusiya lideri Putinlə müzakirə aparmaq məcburiyyətində qalacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bülletenlərin 99 faizinin açıldığı Macarıstanda yarışı 53 faizdən çox səslə qazanan “Tisza” partiyasının lideri Peter Madyar yerli mətbuata verdiyi açıqlamada Rusiya ilə dialoqu davam etdirəcəklərini söyləyib:

"Rusiya dövlət başçısı ilə müzakirə masasına oturmaq məcburiyyətində qalacağıq. Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Enerji asılılığımız da davam edəcək".

"Müzakirələr aparacağıq" deyə qeyd edən Peter Madyar, eyni zamanda dostcasına bir dialoqa girmək niyyətində olmadığını da bildirib.

Rusiya ilə dialoqda Ukraynanın maraqlarını təmsil etmək istəmədiyini vurğulayan Madyar: "Macarıstanda Ukrayna tərəfdarı olan bir hökumət istəyən kimsə yoxdur", - deyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
cebheinfo.az

2Sources