EN

FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı

Dünya Kuboku biletləri ilə bağlı böyük mübahisə yaranıb.

Publika.az xəbər verir ki, ən bahalı biletləri alan bəzi azarkeşlər gözlədikləri oturacaqlarda otura bilməyəcəklərini aşkar ediblər. Bu vəziyyət turnir başlamazdan əvvəl FIFA-ya qarşı tənqidlərin artmasına səbəb olub.

Kanada, Meksika və ABŞ-da 104 oyunun keçiriləcəyi nəhəng turnir üçün indiyə qədər üç milyondan çox bilet satılıb. Lakin biletlərin oturacaq nömrələrinə çevrilməsi prosesi başlayanda azarkeşlər böyük şokla qarşılaşıblar.

Biletlər dörd fərqli qiymət kateqoriyasında satılırdı və ən çox pul ödəyənlərin, yəni 1-ci kateqoriya sahiblərinin stadionun ən prestijli yerlərində (tribunaların aşağı orta hissələrində və ya premium səviyyə) oturması gözlənilirdi. Lakin tamamilə fərqli vəziyyət yaranıb.

"The Athletic"in paylaşdığı məlumatlara və azarkeş şikayətlərinə görə, qalmaqal olduqca ciddidir. Kateqoriya dəyişikliyi 1-ci kateqoriya üçün yüksək ödəniş edən bir çox azarkeş sistem tərəfindən əvvəlcə daha ucuz 2-ci kateqoriya kimi qeyd olunmuş ərazilərə yerləşdirilib. Stadionun ən yaxşı mənzərəsini görməli olan bu azarkeşlərin bəzilərinə künc bayrağının yaxınlığında və ya qapının arxasında yer verilib.

Mövcud xəritələr göstərir ki, stadionların ən mərkəzi və aşağı hissələri azarkeşlər üçün deyil, VİP qonaqlar və sponsorlar üçün ayrılıb.

Chosen
1
publika.az

1Sources