EN

“Sabah” Premyer Liqada 350-ci qoluna sevindi – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının cari mövsümünün lideri olan “Sabah” komandası Premyer Liqada 350-ci qolunu vurub.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley qolu “Zirə” ilə evdəki qarşılaşmaya təsadüf edib.

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 27-ci turunun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.

“Sabah” 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.

Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vurmuş 13-cü komanda olub. “Bayquşlar”ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. “Keşlə” (indiki “Şamaxı”) ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
2
6
arena.az

10Sources