"Rabitəbank" ASC açıq tender elan edir!
Tenderin adı: “Nizami filialının əsas elektrik xəttinin yenilənməsi(filiala daxil olan xəttə qədər)”
Tenderin elan tarixi: 13.04.2026,
Tenderin son tarixi: 27.04.2026, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
-
İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
-
İşin icra müddəti qeyd edilməsi mütləqdir
-
Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
-
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
-
Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
-
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-
Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
-
Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
Təkliflərin qəbul edilməsi:
-
Tenderin texniki şərtləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
Texniki şərtdə olan qeydlərin , icazələrin alınması mütləqdir.(Qiymət təklifində nəzərə alınmalıdır)
-
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
-
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.