EN

“Ayıq sürücü”lər vətəndaşları necə “tələyə salır?” – Ayıq olun – ŞİKAYƏT

Son illər “Bolt” platforması vasitəsilə sifariş edilən “ayıq sürücü” xidməti ilə bağlı ciddi iddialar səsləndirilir. Vətəndaşlar bildirirlər ki, bəzi sürücülər Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarına məlumat ötürərək müştərilərin cərimələnməsinə şərait yaradır.

Belə ki, iddialara görə, sürücülər ünvana yaxınlaşarkən avtomobili dayandırır və müxtəlif bəhanələrlə müştəridən sükan arxasına keçməyi xahiş edirlər. Qısa müddət sonra isə həmin ərazidə YPX əməkdaşları ortaya çıxır.


Bakupost.az xəbər verir ki, sosial şəbəkədə yayılan belə şikayətlərdən birini də Fuad Hacıyev paylaşıb. O bildirib ki, dostu Faiq Əliyev də oxşar halla qarşılaşıb. Onun sözlərinə görə, hadisə planlı şəkildə baş verib.


“Dünən dostum Faiq Əliyev “Bolt”dan ayıq sürücü çağırır. Sürücü gəlir, aparır. Ünvana 200-300 metr qalmış deyir ki, “ayağımda mil var, mən burda düşüm, siz davam edin. Sonra qayıtmaq mənə çətin olacaq.

İnsanlıq edib, razılaşır. Maşını tərpədib sola dönən kimi məhəllədə YPX artıq hazır vəziyyətdə saxlayır. Bu artıq təsadüf deyil. Bu bildiyin oyun qurmaqdır. Torba tikməkdir.

Sən ayıq sürücü çağırırsan ki, problem yaşamayasan. Amma səni yarı yolda düşürür, sonra da “təsadüfən” qarşına polis çıxır. Problem yaşadır.

Kim kimi aldadır?

Statusu yazmaqda məqsəd cərimə deyil. İçkili sürüb, lap 1 metr də olsa cəriməsini alıb. Məsələ sizlərin diqqətli olmanızdır. Səriştəsiz şirkətdən nəinki ayıq sürücü, heç taksi də çağırmağa dəyməz. Yəni məsələ sistemin özündə problemin olmasıdır. Özünüzə hörmət edin. Belə oyunların içində olan platformalardan uzaq durun” - deyə, o qeyd edib.
Chosen
4
2
yenilik.az

3Sources