EN

Sənədsiz evlərə su verilməyəcək - qərar kimlərə şamil olunur?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Xəzər TV-yə müsahibəsində sənədsiz evlərə su verilməyəcəyini bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Nazirlər Kabinetinin qərarına əsasən, sənədsiz tikililərə yalnız su deyil, həm də qaz və elektrik enerjisinin verilməsi qadağandır və bu tələbin pozulması cinayət məsuliyyəti yaradır.

Maraqlıdır, qeyd olunan məhdudiyyət yalnız bundan sonra inşa ediləcək sənədsiz tikililərə şamil olunacaq, yoxsa artıq mövcud olan və hazırda yaşayış olan sənədsiz evlərə də aid ediləcək?

Modern.az bu və ya digər məsələlərə aydınlıq gətirmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq qurumdan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hər hansı xüsusi bir mexanizm nəzərdə tutulmayıb.

"Vətəndaş su təchizatına qoşulmaq üçün evin sənədi ilə birgə müraciət etməlidir. Əvvəldən və ya yeni tikilmiş sənədi olmayan evlər su təchizatına qoşulmaq üçün müraciət etdikdə onlara imtina cavabı gələcək", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Zaur Mikayılov müsahibəsində bu yanaşmanın əsas məqsədinin qanunsuz tikintilərin qarşısını almaq olduğunu bildirib. Agentlik sədri əlavə edib ki, vətəndaşlar sənədsiz ev tikdikləri halda kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini nəzərə alaraq belə addımlardan çəkinəcəklər.

Chosen
1
2
turkustan.az

10Sources