EN

"Ayda-ildə bir dəfə qızı yadına düşənlər…” – Aysun İsmayılovadan sərt sözlər

Müğənni Aysun İsmayılova övladı ilə bağlı diqqət çəkən açıqlama edib.


Manset.az -ın məlumatına görə, sosial şəbəkədə “Uşağınızı atası görür, ya nənəsi-babası?” sualına cavab verən müğənni bildirib ki, qızının onun ailəsindən başqa heç kimlə əlaqəsi yoxdur. O, bu qərarın şəxsi istəkdən çox, uşağın psixoloji vəziyyətini qorumaq məqsədi daşıdığını vurğulayıb:

"Xeyr, qızımın mənim ailəmdən başqa heçkimlə əlaqəsi yoxdur bu mənim qərarım deyil. İldə bir dəfə uşağı görmə eşqinə düşüb sonra yoxa çıxıb uşağa travma yaşatmaqdansa heç görməsinlər bax bu mənim qərarımdı" - deyə müğənni bildirib.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub . Bəziləri onu dəstəkləyib, bəziləri isə qərarı müzakirə mövzusuna çevirib.

Chosen
5
manset.az

1Sources