EN

Fransa və Britaniya Hörmüz boğazı ilə bağlı konfrans təşkil edəcək

Fransa yaxın günlərdə Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında keçidin təmin edilməsi ilə bağlı konfrans təşkil edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, konfransın məqsədi Hörmüz boğazında keçid azadlığını bərpa etməyə yönəlmiş çoxmillətli bir missiyaya töhfə vermək istəyən ölkələri bir araya gətirməkdir.

Fransa lideri bildirib ki, təşəbbüs sülhməramlı çoxmillətli missiya yaradılmasına fokuslanacaq və bu missiya dəniz marşrutlarının təhlükəsizliyini təmin etməyə xidmət edəcək.

Makron vurğulayıb ki, bu fəaliyyət tamamilə müdafiə xarakterli olacaq və münaqişə tərəflərindən ayrı şəkildə həyata keçiriləcək.

O, əlavə edib ki, şərait imkan verən kimi missiyanın başlanılması planlaşdırılır.

Chosen
2
14
redaktor.az

10Sources