EN

İsrailə qarşı etiraz edən tanınmış həkim boğulub ÖLƏCƏKDİ

Ajans.az xəbər verir ki, Türkiyənin tanınmış pediatrı Dr. Kamal Sağlam çıxışı zamanı boynuna ip taxaraq diqqət çəkməyə çalışarkən tarazlığını itirib və boğulmaq təhlükəsi ilə üzləşib. Hadisə zamanı ətrafda olan vətəndaşlar vəziyyəti dərhal fərq edərək müdaxilə ediblər və həkimi ipdən azad ediblər. Qısa müddətli panik yaşansa da, operativ reaksiya mümkün faciənin qarşısını alıb. Baş verən anlar mobil telefon kamerası ilə qeydə alınıb və sosial şəbəkələrdə yayılıb. Məlumata görə, hadisədən sonra Dr. Kamal Sağlamın səhhəti qənaətbəxş olub. Rəsmi qurumlar bu cür etiraz üsullarının ciddi təhlükə yaratdığını vurğulayıblar.
Chosen
4
Ajans.az

1Sources