EN

Kreml Macarıstanla dialoqu davam etdirməyə hazırdır

Yazını böyüt
Yazını kiçilt

Kreml seçkilərdən sonra Macarıstanla praqmatik dialoqu davam etdirməyə hazır olduğunu bildirib və ikitərəfli münasibətlərin inkişafını səbirsizliklə gözləyir.

Hafta.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın yeni rəhbərliyinin mümkün qərarları, o cümlədən Ukraynaya 90 milyard avroluq kreditin blokdan çıxarılması barədə suala cavabında Moskvanın macar xalqının seçiminə hörmətlə yanaşdığını və konstruktiv əlaqələr qurmaq niyyətində olduğunu bildirib.

O əlavə edib ki, Rusiya Macarıstanın yeni rəhbərliyi ilə praqmatik qarşılıqlı əlaqəni davam etdirməyi səbirsizliklə gözləyir və dialoqa hazırdır:

“Xüsusilə dialoqa hazırlıq barədə bəyanatlar eşitmişik. Əlbəttə ki, bu, həm Moskva, həm də Budapeşt üçün faydalı olacaq”.

O, həmçinin qeyd edib ki, Rusiya bütün Avropa ölkələri kimi, Macarıstanla da yaxşı münasibətlər qurmaqda maraqlıdır. Peskov Avropa dövlətləri tərəfindən hazırda qarşılıqlı əlaqənin olmadığını, lakin Rusiyanın dialoqa açıq qaldığını vurğulayıb.

Chosen
3
6
hafta.az

7Sources