EN

NBA klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 13 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Miluoki Baks” komandası baş məşqçisi Dok Riverslə yollarını ayırıb.

AZƏRTAC ESPN-ə istinadən xəbər verir ki, buna kollektivin NBA-da pley-off mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Şərq Konfransında mübarizə aparan “Miluoki Baks” müntəzəm mövsümü 11-ci yerdə başa vurub.

Qeyd edək ki, Dok Rivers 2023-2024-cü illər mövsümünün ortasından etibarən “Miluoki Baks”a başçılıq edirdi. Onun rəhbərliyi altında komanda iki dəfə pley-offa çıxıb, lakin hər ikisində ilk turda məğlub olub. Riversin ən böyük uğuru 2024-cü il NBA Kubokunu qazanmaq olub.

Chosen
13
2
azertag.az

3Sources