EN

Paşinyan TRIPP layihəsindən danışıb

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan ilə Azərbaycan arasında formalaşan sülh gündəliyi ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bu fikirləri ölkənin əsas işəgötürənlərinin nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirib. Paşinyan yaxın gələcəkdə, xüsusilə Ermənistanın blokadadan çıxarılmasını hədəfləyən TRIPP layihəsi çərçivəsində mühüm addımların atılacağını bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımaları mümkün olub və bu proses davam edir. Bununla yanaşı, Ermənistanın ixrac imkanlarının genişləndirilməsi üçün də siyasi zəmin formalaşıb. Paşinyan qeyd edib ki, hazırda ixrac əsasən Gürcüstan üzərindən həyata keçirilsə də, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu əlaqəsinin açılması yeni imkanlar yaradacaq.

Baş nazir həmçinin vurğulayıb ki, əldə olunan siyasi razılaşmaya əsasən, sözügedən dəmir yolu marşrutu daimi açıq qalacaq və həm idxal, həm də ixrac üçün etibarlı nəqliyyat xətti kimi fəaliyyət göstərəcək.

Bununla belə, Paşinyan etiraf edib ki, Ermənistan hələlik dəmir yolundan ixrac məqsədilə geniş istifadə etmir. O, bunu son 30 ildə formalaşmış logistika zəncirləri ilə izah edib. Baş nazirin sözlərinə görə, bu sistemlərin dəyişməsi üçün həm etimadın artması, həm də yeni logistika mexanizmlərinin qurulması tələb olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
yeniavaz.com

2Sources