Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qusar rayonunun Yerği Kek kəndində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.Bizim.Media xəbər verir ki, son günlər bəzi media orqanlarında kənddə 3 metr hündürlüyündə qar yağması, ərazinin tam mühasirədə qalması və sakinlərin köməksiz vəziyyətdə olması ilə bağlı yayılan məlumatların reallığı əks etdirmədiyi, hadisələrin şişirdilmiş formada təqdim olunduğu bildirilib.Qeyd olunub ki, rayon ərazisində son günlər müşahidə edilən qeyri-sabit hava şəraiti müəyyən çətinliklər yaratsa da, vəziyyət daim nəzarətdə saxlanılır. Aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülür, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mümkün fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.Yağışlı və qarlı hava şəraiti ilə əlaqədar rayonun müxtəlif istiqamətlərində canlı qüvvə və xüsusi texnika səfərbər olunub, yolların açılması, eləcə də torpaq sürüşməsi baş vermiş ərazilərin bərpası həyata keçirilir.
Â
Rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşlar, eləcə də aidiyyəti qurumların rəhbərləri gecə saatlarında da ərazilərdə olaraq vəziyyəti yerində qiymətləndirib və sakinlərlə əlaqə saxlayıblar.
Hazırda Yerği Kek kəndinə gedən yolun açılması istiqamətində işlər davam etdirilir. Bəzi sahələrdə baş vermiş sürüşmələr aradan qaldırılıb, texnikalar qar örtüyü olan ərazilərdə təmizləmə işlərini davam etdirir.Ümumilikdə kənddə vəziyyətin nəzarət altında olduğu, hər hansı ciddi təhlükənin qeydə alınmadığı vurğulanıb.Sonda vətəndaşlara rəsmi məlumatlara istinad etmək və dəqiqləşdirilməmiş xəbərlərə inanmamaq tövsiyə olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.