EN

İran və Səudiyyə Ərəbistanının XİN rəhbərləri İslamabaddakı danışıqları müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi səudiyyə ərəbistanlı həmkarı Feysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regiondakı hadisələri, həmçinin İslamabadda keçirilən İran-ABŞ danışıqlarını müzakirə ediblər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün bildirib ki, ABŞ hərbçiləri aprelin 13-ü, bazar ertəsi ABŞ Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Hörmüz boğazının blokadasına başlamağı planlaşdırır.

Chosen
15
1
far.az

2Sources