EN

İmişlidə avtomobillər toqquşdu - 4 nəfər xəsarət aldı

İmişli rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Hadisə İmişliyə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Sonra “Mercedes” yoldan çıxaraq aşıb.

Hadisə zamanı 4 nəfər xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./unikal.az/

Chosen
1
2
musavat.com

3Sources