Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Biz muğam sinfində oxuyan tələbələr bir-birimizə maraqlı idik. İndi tərsinədir. Əksəriyyəti zəhmətsiz bu yerə çatıb. Onalrın heç nədən xəbəri yoxdur. Öz yolları var".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Afaqla 10lar" verilişində deyib. Müğənni bayağı mahnı ifaçılarından danışıb. O bildirib ki, indi çoxları sənətə asan yolla gəlir:
"Zəhmət çəkməsən, çətin yolları keçməsən müəyyən şeylərə nail olmaq olmaz. Biz orta məktəbdən mərhələ-mərhələ gəlirik: gimnaziya, musiqi məktəbi, akademiya, Muğam Teatrının, AzTV-nin solisti olmuşam. Onlar bu yolu keçməyiblər. Haradan biləcəklər? Onların öz tamaşaçısı var. O da bizə lazım deyil".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.