Pakistan, Misir və Türkiyə vasitəçiləri müharibəyə son qoymaq üçün razılığa gəlmək məqsədilə qarşıdakı günlərdə ABŞ və İranla danışıqları davam etdirəcəklər.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
ABŞ rəsmilərinə istinadən verilən məlumata görə, bütün tərəflər hələ də razılaşmanın mümkünlüyünə inanırlar.
İddia olunub ki, aprelin 21-də danışıqların yeni mərhələsi baş tuta bilər. Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranın mövqeyi dəyişməsə, hücumları bərpa etməyi düşünür.
ABŞ rəsmiləri bildirir ki, Tramp İranın Hörmüz boğazından danışıqlarda təsir vasitəsi kimi istifadə etməsinin qarşısını almaq istəyir.