ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 13 aprel, AZƏRTAC
“AZCON Holding” şirkətlərindən olan ASCO-nun “Handysize" tipli "Xocalı" quru yük gəmisi Yaponiyadan Avstraliyaya səfərini tamamlayıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəmi cari ilin martın 22-də Yaponiyanın Tsukumi limanından götürdüyü sement yükünü uğurla təyinat nöqtəsinə — Avstraliyanın Kvinana (Kwinana) limanına çatdırıb.
Gəmi bu gün limana yan alıb və artıq yükboşaltma əməliyyatına başlanılıb.
Məhdudiyyətsiz üzmə imkanlarına malik "Xocalı" gəmisinin dedveyti 38 min 593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metrdir. Maksimum sürəti 15,7 düyün olan nəhəng quru yük gəmisi suya oturumunun əlverişli olması sayəsində bir çox dayaz limanlara maneəsiz daxil olmaq imkanına malikdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.