EN

“Şaxtyor”un oyunu hava hücumu xəbərdarlığına görə dayandırılıb

Ukrayna Premyer Liqasında keçirilən oyun hava hücumu xəbərdarlığı səbəbindən yarımçıq dayandırılıb.

AZƏRTAC xəbər verir ki, hadisə Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” (Donetsk”) və LNZ komandaları arasında keçirilən XXIII tur qarşılaşmasında baş verib.

Çerkası şəhərində yerləşən Mərkəzi Arenada oynanılan görüşün ilk hissəsi 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matçın ikinci yarısı isə Ukraynada mümkün hava hücumu təhlükəsi ilə bağlı verilən xəbərdarlıq səbəbindən gec başlayıb.

4Sources