EN

SON DƏQİQƏ! Manatla bağlı MÜHÜM PROQNOZ: Dollar ilə pul köçürmələri…

Son dövrlərdə ABŞ-la Azərbaycan arasında pul köçürmələrinin dinamikasında diqqətçəkən dəyişiklik müşahidə olunur. Ümumi köçürmələrin həcmi azalsa da, ABŞ-ın bu köçürmələrdə payının artması maliyyə axınlarının strukturunda yeni tendensiyaların formalaşdığını göstərir. Bu dəyişikliklər xüsusilə manatın dövriyyəsi və xarici valyuta axınlarının istiqaməti baxımından müəyyən suallar doğurur.

Bəs ABŞ-la pul köçürmələrində pay artımı əslində hansı iqtisadi proseslərin göstəricisidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, burada iki əsas məqam diqqət çəkir.

Razi

“Fiziki şəxslər arasında Azərbaycandan ABŞ-a və əks istiqamətdə pul köçürmələrinin həcmi əvvəlki illərlə müqayisədə artmayıb. Eyni zamanda, nə Azərbaycandan ABŞ-a əmək miqrasiyasında, nə də ABŞ-dan Azərbaycana səfər edənlərin sayında ciddi artım qeydə alınmayıb”.

İqtisadçı qeyd edir ki, belə olan halda ümumi pul köçürmələrində artımın əsas səbəbi birbaşa investisiya qoyuluşları ilə bağlıdır.

“2025-ci ildə ABŞ-dan Azərbaycana yönələn birbaşa investisiyalarda əvvəlki illərlə müqayisədə təxminən 5–7 faiz artım müşahidə olunub.

Birbaşa investisiyalar formal olaraq pul köçürmələri kateqoriyasına daxil edilməsə də, bu investisiyalarla əlaqədar audit, monitorinq və digər xidmət haqlarının ödənilməsi pul köçürmələri kimi statistikada əks oluna bilərlər. İnvestisiya həcmi artdıqca, bu istiqamətdə əlavə maliyyə axınları da artır və bu da ümumi köçürmələrin strukturuna təsir göstərir”, – deyə o, vurğulayıb.

Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycandan ABŞ-a birbaşa manat köçürülməsi həyata keçirilmir.

“Xarici köçürmələr əsasən ABŞ dolları və avro ekvivalenti ilə aparılır. Manatla göndərilən vəsaitlər belə, beynəlxalq sistemdə dollar və ya avro qarşılığı ilə hesablanır.
Bu tendensiya manat və valyuta axınlarının dəyişməsi kimi qiymətləndirilməməlidir. Baş verən dəyişikliklər daha çox maliyyə əməliyyatlarının strukturunda yaranan fərqlərlə bağlıdır və bunu Azərbaycanla ABŞ arasında ticarət münasibətlərinin genişlənməsi kimi də şərh etmək düzgün olmaz”.//konkret.az

Chosen
6
5
nocomment.az

6Sources