Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib.
"Unikal"ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan sonuncu prosrsdə prosesdə təqsirləndirilən həkim barədə birinci instansiyanın qərarı dəyişdirilərək daha da ağırlaşdırılaraq 3 il 3 ay cəza verilib.
Təqsirləndirilənin həkim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində tox ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Zərərçəkənin hüquqi varisinin vəkili Ülvi Nağıyevin dediyinə görə məhkəmə zərərçəkən tərəfin iddiasını qismən təmin edərək onlara ödəniləsi maddi təzminatın miqdarını da artirib.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ülviyyə İlyasova barədə Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf-zərərcəkən,cavabdeh və ittiham tərəfi şikayət versələrdə Bakı Appelyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki,birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.
Daha sonra Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Appelyasiya Məhkəməsinin qərarı ləgv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.
Aprelin 8- də isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmıs cinayət işinin ilk prosesi zamanı barəsində həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o məhkəmə zalından həbs edilib.
Onu da qeyd edək ki, zərərcəkən tərəf Ülviyyə İlyasovanin cəzasının dahada ağırlaşdırılması tələbini ortaya qoymuşdu.
Orxan Rasifoğlu