"Mançester Yunayted" 20 yaşlı yarımmüdafiəçisi Kobbi Maynu ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, bunu Mançester təmsilçisinin baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Lids"ə qarşı keçirəcəkləri oyundan öncə açıqlayıb.
O, tərəflərin müqavilə yeniləməyə hazırlaşdıqlarını və danışıqların son mərhələdə olduğunu deyib.
Maynunun "qırmızı şeytanlar"la indiki müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Planlaşdırılan sazişin müddətinin 2031-ci ilin iyun ayınadək olacağı gözlənilir.
Toğrul