EN

OPEK Azərbaycanda mart ayında hasil olunan neftin həcmini açıqlayıb

Bakı. Trend:

2026-cı ilin mart ayında Azərbaycanda xam neft hasilatı gündəorta hesabla təxminən 457 min barel təşkil edib.

Bu barədə TrendOPEC-in hesabatına istinadən məlumat verir.

Təşkilatın məlumatına əsasən, cari ilin yanvar və fevralaylarında bu göstərici müvafiq olaraq 455 min barrel və 458 minbarrel təşkil edib.

Bundan əlavə, OPEC qeyd edir ki, 2025-ci ildə ölkədə orta illikneft hasilatı günə 461 min barel təşkil edib. Bu göstərici 2024-cüildə 481 min barel olub.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2026-cıilin yanvar-mart ayları üzrə respublikada 6,6 milyon ton neft(kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu“Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyontonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatlabirlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatlabirlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payınadüşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı ortahesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı ortahesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Məqalədə:
Chosen
20
1
az.trend.az

6Sources