ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Müğənni Aytac Vidadiqızı Xalq artisti Flora Kərimovanın repertuarından olan "Mənim düşüncələrim" mahnısına yeni nəfəs verərək diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, canlı yayım zamanı sənət aləmimizin canlı əfsanəsi Flora Kərimova gənc ifaçının performansını yüksək qiymətləndirib. O, Aytacın ifasını bəyəndiyini vurğulayaraq, hər zaman ona dəstək göstərməyə hazır olduğunu bildirib.
Sənətkarın bu səmimi sözləri Aytacı duyğulandırıb. Gənc müğənni canlı yayımda kövrələrək Flora Kərimovaya dərin təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Aytac Vidadiqızı mərhum sənətçi Vidadi Bərdəlinin qızıdır.
Musa
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.