Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Mehman Nəsibov agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib. M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.