EN

Ermənistanda seçkilər: Sənədlərin qəbulu prosesi başladı

Aprelin 13-nə qədər heç bir siyasi qüvvə Ermənistan Mərkəzi Seçki Komissiyasına sənəd təqdim etməyib.

"Yeni Sabah" Armenian News-a istinadla xəbər verir ki, iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirak etmək üçün siyasi partiyalardan və bloklardan sənədlərin qəbuluna bu gündən başlayıb.

Siyasi partiyalar aprelin 23-ü saat 18:00-dək proporsional namizəd siyahıları da daxil olmaqla, bütün tələb olunan sənədləri təqdim etməlidirlər. Bu müddətdən sonra seçki rəqibləri – partiyalar və bloklar, eləcə də siyahılara daxil olan fərdi namizədlər – yalnız geri çəkilməklə yarışdan çıxa bilərlər. 


Telegram kanalımız
Chosen
1
yenisabah.az

1Sources