EN

Aİ Ukraynaya hərbi yardımı bərpa edəcək

Avropa İttifaqına sədrlik edən Kipr Ukraynaya ayrılan 90 milyard avroluq hərbi maliyyələşdirmənin qarşısının alınması məsələsini ən qısa müddətdə qaldırmaq niyyətindədir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Buna səbəb Macarıstandakı parlament seçkilərində müxalifətdəki “Tisza” partiyasının qələbəsi olub.

Qeyd edək ki, fevral ayında Macarıstan hakimiyyəti tərəfindən sözügedən maliyyə yardımının və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbuluna vetyo qoyub. 

2025-ci ilin dekabr ayında Aİ sammitində təsdiqlənmiş maliyyələşmə prtoqramı Ukraynanın büdcə ehtiyacları üçün 30 milyard avro, 2026-2027-ci illərdə Avropa silahlarının alınması üçün 60 milyard avro ayrılmasını nəzərdə tutur. 

Macarıstanın Baş naziri Orban buna veto qoyub və Rusiya neftinin “Drujba” boru kəməri ilə tədarükü bərpa olunana qədər qadağanı ləğv etməyəcəyini bildirib. Maliyyələşrmənin təsdiqlənməsi üçün Aİ-yə daxil olan 27 ölkənin razılığı tələb olunur.

Chosen
24
1
cebheinfo.az

2Sources