EN

Ermənistanda Sarukyana qarşı plan işə düşdü – məhkəməyə verildi

Ermənistanda hakimiyyətlə müxalifət arasında qarşıdurma yeni mərhələyə keçir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Sarukyanın vəzifədən uzaqlaşdırılması tələbi ilə məhkəməyə iddia verilib.

Məlumata görə, iddianı Ermənistan Ağır Atletika Federasiyası qaldırıb. Bu quruma baş nazir aparatının rəhbəri Araik Arutyunyan rəhbərlik edir.

İddiada Sarukyanın 9 sentyabr 2025-ci ildən etibarən Milli Olimpiya Komitəsinin rəhbəri kimi səlahiyyətlərinə xitam verilməsi tələb olunub. Həmçinin onun bu tarixdən sonra qəbul etdiyi bütün qərarların etibarsız sayılması və komitənin Təftiş Komissiyasının üzvlərinin də səlahiyyətlərinə son qoyulması istənilir.

Bildirilib ki, iş artıq icraata götürülərək hakim Anuşavan Muşegyana həvalə olunub.

Qeyd edək ki, Qaqik Sarukyan 2004-cü ildən Ermənistan Milli Olimpiya Komitəsinə rəhbərlik edir və ölkədə iri müxalif fiqurlardan biri hesab olunur.

Musavat.com

 

Chosen
32
musavat.com

1Sources