Bakı.Trend:
İran limanlarının hərbi dəniz blokadasının başlaması fonundaİsrail ordusu yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib.
Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Amerika hərbçilərinin yaxın vaxtlarda İrana qarşı dənizblokadasına başlaması gözlənildiyinə görə, İsrail Müdafiə Ordusuhadisələrin istənilən inkişafına qarşı yüksək hazırlıq vəziyyətindəqalır”, – bəyanatda bildirilir.
Qeyd olunur ki, hazırda mülki əhali üçün Arxa CəbhəKomandanlığının təlimatlarında dəyişiklik yoxdur, lakin IDF zərurətyaranacağı təqdirdə İranda döyüş əməliyyatlarını bərpa etməyəhazırdır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.