EN

Zurabişvili Macarıstan seçkiləri ilə bağlı: "Diktatorlar gedir, bu dünyada heç nə əbədi deyil"

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri ilə bağlı Kremlə sadiq olan Baş nazir Viktor Orbanın komandasının məğlubiyyətini qeyd edib.

Qaziler.az-ın yerli mətbuata istinadən məlumata görə, siyasətçi vurğulayıb ki, "diktatorlar bir-birinin ardınca gedirlər", gec-tez, amma gedirlər. O əlavə edib ki, bu dünyada heç nə əbədi deyil.

"Diktatorlar bir-birinin ardınca gedirlər! Bəziləri dinc yolla (axı onlar tərbiyəli avropalılardır), digərləri isə qılınc və müharibə yolu ilə! Amma onlar gedirlər! Bu dünyada heç nə əbədi deyil! Bu, Pasxanın əlamətidir: ölüm və ədalətsizlikdən sonra həyat və daha parlaq bir gün gəlir! Təbrik edirəm!", - deyə Zurabişvili yazır.

Əlavə etmək lazımdır ki, səslərin sayılmasının nəticələrinə görə, Peter Madyarın rəhbərlik etdiyi müxalifətdəki "Tisa" partiyası 12 apreldə Macarıstanda keçiriləcək parlament seçkilərində liderlik edir.

QAZİLER.AZ

Chosen
19
qaziler.az

1Sources