Güləşçilərimiz Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblar.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.
Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.