EN

FİFA Türkiyə klubunun 6 xalını sildi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA İntizam Komitəsi Türkiyənin ikinci liqasında mübarizə aparan "Yeni Malatyaspor" klubuna qarşı sərt addım ataraq komandanın aktivindən 6 xal silib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı rəsmi bəyanatda qeyd olunub.

Bildirilib ki, "Yeni Malatyaspor"a tətbiq edilən 6 xallıq cəza intizam işi çərçivəsində həyata keçirilib.

Daha əvvəl liqanı tərk edəcəyi rəsmiləşən Malatya təmsilçisi hazırda -52 xalla 18-ci pillədə, yəni turnir cədvəlinin sonuncu sırasında qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
5
axar.az

6Sources