EN

Arvadı ilə 2 yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi

Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun iki yaşlı övladı Azər Əliyevi avtomobillə vuraraq ölümünə səbəb olan sürücünün məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində Nuran Nuriyev çıxıb.

Törətdiyi qəzaya görə səmimi peşmanlığını bildirən Nuran Nuriyevin sözlərinə görə, həmin yerdə yerüstü keçid olduğu halda qəza nəticəsində həyatını itirən şəxslər yolu bu formada keçib və nəticədə istəmədiyi halda hadisə baş verib.

Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, o, hadisə vaxtı arvadı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin avtobusundan düşüb və yolu keçməyə qərar veriblər:

“Həyat yoldaşıma yolüstü keçiddən keçmək lazım olduğunu bildirsəm də, Ülviyyə yorğun olduğunu, tez bir zamanda yolu qaçaraq keçə biləcəklərini söylədi. İki qızım mənim, Azər isə Ülviyyənin qucağına idi. Mən beton arakəsməyə çatanda məndən arxada olan Ülviyyəni “VAZ 2107” markalı avtomobil vurdu. Nəticədə oğlumla hər ikisi asfalt örtüyün üzərinə yıxıldı. Sürücü dərhal avtomobili saxlayıb onları xəstəxanaya aparsa da, ikisinin də həyatını xilas etmək mümkün olmadı”.

Chosen
1
4
publika.az

5Sources