EN

"O vaxtın keyfiyyətsiz musiqiçilərini indi korifey kimi təqdim edirlər"

"Azlığın içində sən daha yaxşı seçim edirsən və yaddaşa mahnılar daha yaxşı həkk olunur. Onların içində zəiflər də olub. Adlarını çəkməyəcəyəm. Elə bəstəkarlar var ki, titulları da olub, amma fikrimcə onların mahnıları zəifdir. Hətta deyərdim, mahnı da deyillər. Bu gün gətirsən o mahnıları kimsə oxusa, yenə də yada düşəcək. Bu mahnını o müğənni oxuyub…".

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə “Uzun sözün qısası” layihəsində qonaq olarkən deyib. Bəstəkar Azərbaycan musiqisi, keçmiş dövrün mahnıları, keyfiyyət məsələsi və bir çox mövzularda fikirlərini bölüşüb. O qeyd edib ki,  titulu olan bəzi müəlliflərin mahnılarını zəif hesab edir:

"Zaman əslində heç nəyi dəyişmir. Keyfiyyətsiz mahnı o vaxt da keyfiyyətsiz olub, keyfiyyətsiz müğənni o vaxt da keyfiyyətsiz olub. Baxmayaraq ki, onların bəzilərini bu gün çıxarıb ağsaqqal  korifey musiqiçilər kimi təqdim edirlər. Baxıram ki, hələ axı bunları dinləyən insanların hamısı ölməyib. Yəni biz bilirik ki, bunlar nə oxuyub, indi mənəm-mənəm deməklə deyil".

https://t.me/axsamaz1/18861

Chosen
34
3
cebheinfo.az

4Sources