EN

Media: Aİ Ukraynaya 90 milyard avro kredit ayrılması məsələsinə yenidən baxacaq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 aprel, AZƏRTAC

Avropa İttifaqına sədrlik edən Kipr Ukraynaya 90 milyard avroluq hərbi maliyyələşdirmənin qarşısının alınması məsələsini təcili olaraq qaldırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin Kipr rəsmisinə istinadla yaydığı məlumata görə, Macarıstan parlamentinə seçkilərdə Peter Madyarın rəhbərlik etdiyi müxalif “Tisza” partiyasının qələbəsindən sonra Aİ maliyyələşdirməni yenidən təsdiqləməyə çalışacaq. Bunun üçün isə bütün 27 üzv dövlətin razılığı lazımdır.

Ötən ilin dekabrında keçirilən zirvə görüşündə Aİ Avropa Komissiyanın Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avroluq "təzminat krediti" ayırmaq planını təsdiqləyib. Bu pulun 30 milyard avrosu müharibənin növbəti iki ilində büdcə ehtiyacları üçün, 60 milyard avrosu isə silah alınması üçün nəzərdə tutulurdu.

Fevral ayında Budapeşt Kiyev üçün maliyyələşdirməni və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu bloklayıb. Macarıstanın Baş naziri Viktor Orban vetonun ləğv edilməyəcəyini və Ukrayna “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa edənədək ona kredit ayrılmasına yol verməyəcəyini bildirmişdi.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın müxalifətdəki “Tisza” partiyası Milli Məclisdə (birpalatalı parlament) 199 yerdən 138-ni qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
2
azertag.az

3Sources