EN

Gülağa Cabbarov: “Bizim hakimlərin səviyyəsi UEFA nın 1 ci qrupuna uyğundur, hələ elit qrupa yüksələ bilməmişik”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

FIFA-nın təsdiqlədiyi rəsmi siyahıya əsasən, 2026-cı il üçün Azərbaycanın ümumilikdə 18 FIFA kokartlı hakimi (futzal və çimərlik futbolu daxil olmaqla) fəaliyyət göstərir. FİFA tərəfindən hakimlərin siyahısı açıqlanıb. Bir nəfər də olsun hakimimiz Dünya Kubokunu idarə etməyə dəvət olunmayıb.Dünya Kuboku kimi böyük turnirlərə təyinat almaq üçün əsas çatışmazlıqlar nələrdir?

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabbarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər il ilin sonunda hər bir Avropa ölkəsi öz hakim namizədlərini UEFA-ya təqdim edir: “Burada müəyyən say bölgüsü mövcuddur. Məsələn; bizdə futbolda adətən 3 baş hakim, 6 köməkçi hakim, həmçinin futzal və çimərlik futbolu üzrə də ayrılmış kvotalar olur. Yəni hər ölkə özünə ayrılmış say çərçivəsində namizədlərini təqdim edir və əsas diqqət baş hakimlər üzərində cəmlənir.

Əvvəllər Avropada hakimlər 1-dən 4-ə qədər qruplara bölünürdü, daha sonra isə elit qrup gəlirdi. Azərbaycan hakimləri əsasən 4-cü qrupa düşürdülər və tədricən ildən-ilə ustalıqlarını göstərdikcə mərhələli şəkildə irəliləyirdilər. O dövrdə biz maksimum 2-ci qrupa qədər yüksələ bilmişdik. Hazırda isə sistem dəyişib: artıq 4-cü və 3-cü qruplar yoxdur, yalnız 2-ci və 1-ci qruplar mövcuddur və onların üzərində elit qrup yer alır.

Bu gün Azərbaycanın 4 hakimi var ki, onlardan 2-si 2-ci qrupda, digər 2-si isə 1-ci qrupda təmsil olunur. Ən yüksək səviyyəli - aparıcı hakimlər isə elit qrupda yer alır və məhz bu qrupdan Avropa çempionatlarına, dünya çempionatlarına və Olimpiya Oyunlarının futbol yarışlarına təyinatlar verilir. Dünya çempionatına hakimlər 5 qitə üzrə müəyyən olunmuş say bölgüsünə əsasən seçilir və bu seçim də əsasən elit qrupdan aparılır.

Hazırda bizim hakimlərin səviyyəsi UEFA-nın 1-ci qrupuna uyğundur, lakin hələ elit qrupa yüksələ bilməmişik”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
icma.az

1Sources